Kia şirkəti yeni nısil Ceed hetçbekinin «qaynar» variantının ilk tizerini dərc edib. Böyük ehtimalla, GT indeksini qoruyub-saxlayacaq modelin təsviri koreya markasının Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

«Qaynar» hetçbekin texniki hissəsi barədə məlumat mövcud deyildir. Ehtimala görə, Kia Ceed GT modeli 204 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən 1,6-litrlik dörd silindrli turbomühərrikə sahib olacaqdır. Bununla belə, Ceed GT modeli yalnız beşqapılı variantda təklif ediləcəkdir. Koreyalılar üçqapılı modifikasiya ilə sağollaşmaq qərarına gəliblər. «Qaynar» hetçbekin 2019-cu ildə Debüt edəcəyi gözlənilir. 

Üçüncü nəsil Kia Ceed modeli bu ilin martında Cenevrə avtosalonunda təqdim edilib.