Cənubi Koreyada 2021-ci model ilinin Kia Seltos krossoverləri satışa çıxarılıb. Seltos modelinin təqdimatının keçən ilin yayında keçirildiyini nəzərə alsaq, modelin yeni olduğunu söyləyə bilərik. Bu səbədən də, yeni model ilinin krossoverində ciddi dəyişikliklər baş verməyib. Koreya bazarında satılan avtomobillər artıq standart olaraq avtomatik əyləc sistemi ilə təchiz edilirlər: elektronika döngədə üzbəüz gələn avtomobili qeydə aldıqda belə işə düşür.

Bundan əlavə, Kia Seltos krossoverinin yeni Gravity adlı top versiyası da təqdim olunub. Göründüyü kimi, Gravity adı Koreya bazarında təklif edilən ən zəngin təchizata malik olan Kia avtomobilləri üçün ümumi olacaqdır. Xatırladaq ki, Kia Mohave krossoverinin Gravity indeksli top versiyası may ayında debüt edib. Kia Seltos modelinin yeni versiyası da, Mohave modelində tətbiq edilmiş reseptə uyğun olaraq hazırlanıbdır.

Zahiri cəhətdən Seltos Gravity modeli üçölçülü "dişli" naxışı olan radiator barmaqlığı, 18-düymlük orijinal təkər diskləri, habelə gümüşü rəngli güzgü örtükləri və qapıdakı işləmələr ilə fərqlənir. Salondakı əsas xüsusiyyət, açıq rəngli dəri ilə üzlənmiş oturacaqlar və dirsəkaltıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cənubi Koreyada Seltos modelinin qiymətləri 16000 dollardan başlayır, Gravity versiyası isə minimum 21.000 dollardır. Kia Seltos Gravity yalnız Cənubi Koreya bazarında təklif ediləcəkdir.