Kia şirkəti Seulda keçirilən avtosalonda SP Signature konseptual krossoverini təqdim edib. Qeyd edək ki, keçən il Hindistanda SP Concept adlı birinci konsepti təqdim etmişdi. Bu gün Seulda debüt edən konsept seriya modelinə bir qədər də yaxınlaşıb.

Konsept ümumi dizaynı qorunub-saxlanılıb, əsas dəyişikliklər isə, detallara aiddir. Mələsən, kapot yeri dəyişib, ənənəvi qapı dəstəkləri peyda olub, işıq texnikası bir qədər sadələşdirilib. Kia krossoverin texniki xarakteristikasını açıqlamasa da, ilkin məlumata görə, SP Signature Creta modelindən bir qədər iridir. Şəkildən göründüyü kimi, avtomobil arxa müstəqil asqıya malikdir, bu isə, tam çəkişin mövcudluğundan xəbər verir.

Seriya modelinin təqdimatı bu ilin ikinci yarısında keçirilməlidir. Şayiələrə görə, yeni krossover Kia Tusker adlandırılacaqdır. Tusker modeli qlobal model olacaqdır.