Kia şirkəti ABŞ bazarında satılacaq “qaynar” Forte GT sedanını təqdim edib. Əslində bu model Cənubi Koreyada satılan K3 GT sedanının digər adlı variantıdır. Forte GT sedanı texniki cəhətdən Koreayada satılan “qardaşından” heç nə ilə fərqlənmir.

“Qaynar” sedan 204 at qüvvəli 1,6-litrlik T-GDI turbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu və ya iki muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışır. Modelin təchizatına müstəqil çoxqollu arxa asqı, “qısa” sükan mexanizmi, böyüdülmüş ön əyləc mexanizmləri, Bilstein amortizatorları, idman xarakteristikalı yay və stabilizatorlar daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən “qaynar” modeli orijinal radiator barmaqlığı, 18-düymlük təkər diskləri, kandarlardakı əlavələr və səsboğucu sistemin iki çıxış borusu sayəsində ayırd etmək olar. Salonda isə yaxşılaşdırılmış yan dəstəyinə malik olan oturacaqlar, “kəsilmiş” sükan çarxı, pedalların “metal” örtüyü və ötürmələr qutusunun sükanaltı dəstəkləri quraşdırılır. Bundan başqa, istehsalçı sedan üçün GT1 və GT2 dəstlərini də təklif edəcəkdir.

2,0-litrlik mühərrik və variator ilə təchiz edilmiş Fort GT Line və Forte GT modellərinin Amerika Birləşmiş Ştatlarındakı satışlarına gələn ilin yayında start veriləcəkdir.