Kia ikinci nəsil Niro krossoverini 2021-ci ilin noyabrında təqdim edib. Bununla belə, yalnız indi Koreya avtomobil istehsalçısı elektrik və təkrar doldurulan hibrid modifikasiyalarına sahib olan modelin bütün texniki xüsusiyyətlərini açıqlayıb. Krossoverin xüsusiyyətlərindən biri arxa ötürməsi olmayan altı pilləli robotlaşdırılmış ötürmələr qutusudur. Niro modelinin hibrid versiyasında arxa ötürməyə elektrik mühərriki cavabdeh olacaqdır.

Yeni Kia Niro modelinin elektrik variantı 204 at qüvvəli mühərrik və 64,8 kilovat-saatlıq batareya təchiz edilir. Bu tandem krossoverə enerji yükləmədən 463 kilometr getməyə imkan verir. Yeyin yükləmə sistemi sayəsində batareyanın 10 faizdən 80 faizə qədərini cəmi 40 dəqiqə ərzində bərpa etmək olar. Elektromobil 100 km/saat həddinə 7,8 saniyəyə sürətlənir. Maksimal sürət 167 km/saatdır.

Kia Niro PHEV hibridi 105 at qüvvəsi hasil edən 1,6-litrlik benzin “turbodördlüyü”, 62 kilovatlıq elektrik mühərriki və iki muftalı altı pilləli “robotu” ilə təchiz edilir. Hibrid sistemin ümumi hasilatı 183 at qüvvəsinə bərabərdir.

Maraqlıdır ki, robototlaşdırılmış transmissiyasında arxa ötürmə yoxdur - bu, mühəndislərə 2,3 kiloqram qənaət etməyə imkan verib. Kia Niro hibridində arxa ötürməyə elektrik mühərriki cavabdehdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, yeni krossover 5,5 kilovat-saatlıq gücü olan xüsusi yüksək gərginlikli qızdırıcını əldə edib ki, bu da hibridə aşağı temperaturlarda elektrik ötürməsi ilə uzun məsafə qət etməyə imkan verir. Hibridin elektrik ötürməsi ilə qət etdiyi məsafə təxminən 63 kilometrdir.

Yanvar ayının ortalarında Kia yenilənmiş Niro krossoveri haqqında bəzi detallarını açıqlayıb. Belə ki, modelin ikinci nəsli qeyri-standart Green Zone Drive hərəkət rejimini alıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.