Kia şirkəti iri ölçülü EV9 elektrik krossoverinin yeni tizerlərini dərc edib. Yeni təsvirlərdə təkcə elektrokarın eksteryer dizaynı deyil, həm də interyer tərtibatı nümayiş etdirilib. Tizerlərdən göründüyü kimi, Kia EV9 qeyri-adi forması olan sükana və virtual cihazlar paneli ilə multimedia sisteminin ekranlarını birləşdirən vahid panelə sahib olacaqdır. Yeni elektrokarın eksteryerində şaquli xətlərə üstünlük veriləcəkdir.

Yeni elektrik krossoverinin E-GMP (Electric-Global Modular Platform) platformasında inşa edildiyi məlumdur. Bu platformadan Kia EV6 və Hyundai Ioniq 6 elektrokarlarının istehsalında istifadə olunur. Kia şirkətindən EV9 modelinin özündə “qabaqcıl dizaynı, müasir yüksək texnologiyalı təchizatı və proqressiv elektrik güc qurğusunu” cəmləşdirəcəyini bildiriblər. Bununla belə, təfərrüatlar açıqlanmayıb.

Elektromobilin salonu konseptual üslubda dizayna malikdir: markanın dizaynerləri “salonu səyahət edənlərin rahatlığı üçün transformasiya və adaptasiya etməyə imkan verən” işıqlı məkanı yaradıblar. Vahid panel “interaktiv” adlandırılıb və forması ilə Tesla elektrokarlarının şturvalını xatırladan sükan çarxını “ənənəvi sükan çarxına yeni prinsipial yanaşma” kimi səciyyələndiriblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şayiələrə görə, Kia EV9 prototipini biri ön, digəri isə arxa oxda yerləşən iki elektrik mühərriki hərəkətə gətirir. 100 kilovat-saatlıq tutumu olan batareya elektrik mühərriklərini qidalandıracaq və avtomobili 500 kilometrə yaxın yürüş məsafəsi ilə təmin edəcəkdir.  

Kia EV9 modeli 17 noyabr tarixində Los Ancelesdə keçiriləcək AutoMobility avtosalonunda nümayiş etdirilcəkdir. İnsayderlərin bildirdiyinə görə, Kia EV9 modeli 2023-cü ildə EV7 adı ilə seriyaya gedəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.