Kia şirkəti Ray mikrovenini yeniləyib - modelin birinci nəsli artıq 11 ildir ki, satışdadır və bu onun ikinci yenilənməsidir. Picanto hetçbekinin modifikasiya edilmiş platformasına əsaslanan Rey modeli eksteryer dəyişikliyinə məruz qalıb: ön optikanın yeni dizaynı və radiator barmaqlığının yerindəki tıxac onu elektromobilə bənzər edir. Əslində, mikroven üçsilindrli atmosfer mühərriki ilə hərəkətə gəlir. Cənubi Koreyada Kia Ray 13.550.000 vona (17.600 manata) satılır.

İkinci restaylinq Kia Ray modelinə fərqli içalatı olan yeni ön optikanı, başqa arxa fənərləri və təkmilləşdirilmiş kuzov dəstini bəxş edib. Ön bamperdəki örtmə isə, key-kara daha aqressiv görünüş verir. Qapıların konfiqurasiyası əvvəlki kimi qalıb - sağ tərəfdə sürüşdürülərək açılan sərnişin qapısı, solda isə taybatay açılan qapı var. Beşinci qapının tutacağı gözə çarpmasın deyə, başqa yerə köçürülüb. Salonda yeganə yenilik yeni cihazlar paneli və oturacaqların başqa tərtibatıdır.

Image alt Image alt Image alt

Kia Ray modeli dörd pilləli avtomatik tranmssisiya tandemdə çalışan 76 at qüvvəli 1,0-litrlik üçsilindrli MPI benzin mühərriki ilə təchiz edilir. Ötürmə yalnız ön oxadır. Avadanlıqlardan altı təhlükəsizlik yastığı, qızdırılan oturacaqlar və zolaqdan çıxmanı xəbərdarlıq edən sistem qeyd olunur.

Hələlik modelin yalnız sərnişin versiyası təqdim olunub, kommersiya furqonları (onlar iki və bir yerlik versiyalarda mövcuddur) sonra debüt edəcəklər. Yenilənmiş Kia Ray bu ilin sentyabrında Cənubi Koreya bazarında satışa çıxarılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.