Kia şirkətinin 13 fevral 2022-ci il tarixində ABŞ-da keçiriləcək Superkuboka qayıdacağı barədə artıq xəbər vermişik. ABŞ-ın Milli Futbol Liqasının çempion titulu uğrunda keçiriləcək final oyunundan əvvəl Cənubi Koreya markası EV6 krossoverinin reklamını göstərəcəkdir. Bu dəfə reklam çarxında robotlaşdırılmış köpək də iştirak edəcəkdir.

Kia şirkəti EV6 elektrik krossoverini Plan S startegiyası çərçivəsində yaradılmış ilk model kimi səciyyələndirir. Elektrokar Koreya brendinin diqqətini elektrikləşdirilmiş nəqliyyat vasitələrinə tərəf yönəltməlidir. Kia EV6 elektrik krossoveri Şimali Amerika bazarında yaxın iki həftə ərzində satış debütü etməlidir. Elektrokarın minimum qiyməti 42.115 dollar olacaqdır.

Bonni Teylorun "Total Eclipse of the Heart" musiqisinin sədaları altında cərəyan edən videoçarxada mağazada 299 dollara satılan robot-köpək görüntülənir. Mağazanın vitrinin qarşısında dayanmış Kia EV6 modelindən təsirlənən robot-köpəyin gözləri böyüyür və o uzaqlaşan elektromobili təqib etməyə başlayır. Yeri gəlmişkən, robot-köpəyin 299 dollarlıq qiyməti heç də real görünmür.

Xatırladaq ki, “Superboul” ABŞ-da reklam yerləşdirmək üçün ən bahalı meydançadır. Hər il final oyununu yüz milyona yaxın tamaşaçı izləyir. Bu dəfə 30 saniyəlik reklam çarxının qiyəmti 6,5 milyon dollar təşkil edir. Koreya markası yeni reklam çarxı vasitəsi ilə ev heyvanlarını qəyyumluğa götürən Petfinder Foundation xeyriyyə təşkilatı ilə əməkdaşlıq etdiyini xatırladır. Digər təfərrüatlar final oyununa yaxın açıqlanacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.