İki bundan öncə nümayiş etdirilmiş Kia Telluride konsepti paraktiki olaraq konveyer həyatına addım atıb. Keçən həftəsonu Nyu-Yorkda keçirilən moda həftəsində koreya istehsalçısı seriya modelinə maksimal dərəcədə yaxın olan şou-karı nümayiş etdirib.

Kia Telluride modeli faktiki olaraq koreya markasının bayraqdar krossoveri olacaqdır. O, model xəttində Sorento krossoverindən bir pillə yuxarıda qərarlaşacaqdır. Faktiki olaraq, Telluride təqaüdə göndərilmiş Mohave  modelini əvəzləyəcəkdir. Yeni krosoverin dizaynı üzərində Kia markasının Kaliforniyadakı studiyasının mütəxəssisləri işləyib.

Kia Tulleride konseptin tanınan elementlərini qoruyub-saxlasa da, onun eksteryeri yenidən işlənibdir.

Məsələn, ön fənərlərin üfüqi forması yerini şaquli formlara verib, radiator barmaqlığı isə daha geniş olubdur.  F-şəkilli arxa fənərlərin ölçüləri bir qədər kiçildilibdir.

Şou-karın təchiz edildiyi əlavə fənərləri olan “kenqurin”, şnorkel, damdakı yük bölümü və ehtiyat təkərin xarici bərkitməsi şou xatirinə quraşdırılmış elementlərdir. Əlbəttə ki, seriya modelində bu elementlər olmayacaqdır. Avtomobilin salonu da şou-karlara məxsus tərzdə tərtib edilibdir: ön panelin üst hissəsi, qapılar və sükan çarxı tünd qəhvəyi dəri ilə üzlənibdir. Qalan hissələr isə seriya avtomobilində olduğu kimi qalıb.

Avtomobil barədə texniki məlumat hələlik verilməyibdir. Məlum olan, Kia Telluride modelinin V6 mühərriki və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcəyidir. Ətraflı məlumat yanvarda Detroytda keçiriləcək avtosalonda səsləndiriləcəkdir. Krossover Kia şirkətinin ABŞ-ın Corcia ştatındakı zavodunda buraxılacaqdır.  

Modelin satışlarına gələn il başlanacaqdır.