Kia şirkəti Los Ancelesdə keçirilən avtosalonda Soul krossoverinin üçüncü nəslini nümayiş etdirib. Kia Soul yeni platformaya, GT-Line və X-Line modifikasiyalarına və elektrik mühərrikinə sahib olub. İlk dəfə olaraq Soul ağıllı IVT variatoru ilə təchiz ediləcəkdir.

Yeni Kia Soul səsləfindən 55,9 millimetr uzundur. Modelin eni və hündürlüyü isə dəyişilməz qalıb. Avtomobilin təkər bazası da 30,5 millimetr artıbdır. Kia Soul arxa ayaq zonasında və baş üzərində müvafiq olaraq 7,62 millimetr və 5,08 millimetr azalıbdır. Baqaj bölümünün həcmi 141,6 litr artaraq 673,9 litrə bərabər olub.

Soul modeli sələfinin siluetini qoruyub-saxlasa da, onun görkəmi daha futuristik olub. Maraqlı cəhətlərdən nazik gündüz hərəkət işıqlarına  malik əsas işıqların mürəkkəb forması, bumeranq şəkilli üçölçülü arxa fənərlər, təyyarə qanadının formasını xatırladan arxa dayaqlar və yan şüşə səthi baqaj qapısı ilə birləşdirən yeni elementdir.

Yeni nəsil Kia Soul 149 at qüvvəsi və 179 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərriki ilə təklif edilir. Güc aqreqatı 6-pilləli mexaniki və ya adaptiv IVT variatoru ilə tandemdı çalışa bilər. Bundan başqa, modelin mühərrik çeşidinə əvvəlki nəslin 1,6 T-GDi turbomühərriki də daxil edilibdir. Bu aqreqat 204 at qüvvəsi və 265 Nm təklif edir. Turbomotor isə 7-pilləli iki muftalı robotla birlikdə çalışır.

Əlbəttə ki, Soul elektrik variantına da malikdir. 64 kilovat-saatlıq batareyalardan qidalanan elektromotor 204 at qüvəsi və 395 Nm fırlanma anı hasil edir. krossoverin yürüş məsafəsi açıqlanmasa da, onun 400 kilometrin üzərində olacağı ehtimal edilir.

Soul GT-Line təchizat səviyyəsi ön və arxa tərəflərin idman tərtibatının, 18-düymlük təkər disklərinin və qara tərtibat elementlərinin olmasını nəzərdə tutur. X-Line isə kuzovun rənglənməmiş plastikdən olan müdafiə qurşağına, duman əleyhinə fənərlərə, relinqlərə və kuzovun ikirəngli boyanmasına (opsiya) malikdir.

Yeni krossoverin təchizatına salonun ətraf işıqlandırması, 10,25-düymlük ekranı olan multimedia sistemi, 8-düymlük proyeksiya displeyi, Harman Kardon səs sistemi, həmçinin aktiv təhlükəsizliklər sistemlərinin kompleksi daxildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt