Kia şirkəti yenilənmiş Stonic modelini təqdim edib. Modelin Avropadakı satışlarının üç il bundan öncə başlanıb. Bu səbəbdən də, Stonic modeli planlaşdırılan yenilənmə zamanı xırda eksteryer dəyişikliklərinə məruz qalıb: yenilənmiş modeli yalnız yeni LED fənərləri və xüsusi dizaynlı 16-düymlük yüngül lehimli diskləri sayəsində tanımaq olar. Bundan başqa, avtomobilin rəng palitrasına iki yeni rəng və damın seçilən sarı rənglə boyanması əlavə edilib.

Yenilənmədən ən çox nəsibini alan avtomobilin texniki hissəsi olub: Stonic modeli ilk dəfə olaraq, kompakt litium-ion batareyası və kəmər ötürməsi olan 48 voltluq startyor-generator ilə birlikdə çalışan mühərrik əldə edib. Yeni mülayim hibrid güc qurğusu, Smartstream ailəsinə aid olan və CVVD klapan idarəetmə sistemi ilə təchiz edilən təkmilləşdirilmiş 1.0 T-GDi benzin turbomühərrikinə əsaslanır. Bundan əlavə, elektrik əlavə ilə yanaşı, model üç hərəkət rejiminə - Eco, Sport və Normal rejimlərinə sahib olub.

Hibrid güc qurğusu iki güc variantında - 100 və 120 at qüvvəsində təklif edilir. Mülayim hibrid, Kappa II seriyasından olan 1,0-litrlik mühərriki əvəzləyib. Güc qurğusu yeddi pilləli "robot" və müasir iMT qutusu ilə təchiz edilə bilər. Hibrid güc qurğusunun ardınca mühərrik çeşidində 100 at qüvvəli 1,0-litrlik Smartstream turbomühərriki və qarışıq çiləmə sisteminə sahib olmuş 84 at qüvvəli 1,2-litrlik atmosfer mühərriki də peyda olub.

Krossoverin salonunda da ciddi dəyişikliklər baş verməyib. Yeniləmə səkkiz düymlük ekrana və genişləndirilmiş funksiyalara sahib yeni media sistemini gətirib: buraya naviqasiya, səslə idarəetmə, eyni anda iki cihazı birləşdirmək imkanı olan Bluetooth, həmçinin Apple CarPlay və Android Auto interfeysləri üçün simsiz dəstək daxildir. Bortkompyüterin yeni 4,2-düymlük ekranının pikseli artırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektron köməkçilər kompleksi də təkmilləşdirilmişdir: yeniləmədən sonra avtomatik əyləcləmə sistemi təkcə piyadaları deyil, velosipedçiləri də tanıyır. Zolaqda saxlam funksiyası ilə birləşdirilmiş adaptiv kruiz kontrol indi 180 km/saat həddinə qədər sürətlərdə işləyir.

Yeri gəlmişkən, Avropada Stonic modeli eyni platformanı paylaşdığı Rio hetçbekindən daha yaxşı satılır: son üç ildə krossover 150 min nüsxədə satılıb. Rio modelinin satışları isə 120 min ədəd olub. Yenilənmiş Kia Stonic bir neçə həftə ərzində Avropada satışa çıxmalıdır. Qiymətlər satışların başlanmasına yaxın elan ediləcəkdir.