Xeyr, şəkillərdəki Carnival modeli damında bagaj bölməsi olan miniven deyil. Bu əvvəl də təklif edilən HiLimousine modifikasiyadır, indi isə belə modifikasiya yeni nəslin də model çeşidinə əlavə edilib. Əvvəlki kimi, minivenin dam hissəsi sadə şəkildə böyülüb: pəncərə və qapı boşluqlarına təsir etmədən standart tavan paneli əvəzinə yenisi quraşdırılıb. Minivenin ümumi hündürlüyü 1740-dən 2045 millimetrə (+ 305 millimetr), salondakı tavanın hündürlüyü isə 291 millimetr artıb. Ən maraqlısı odur ki, Cənubi Koreyada bu cür versiyalar iş adamları arasında populyardır.

HiLimousine versiyası yeddi və ya doqquz oturacaqlı standart salon konfiqurasiyası ilə təklif ediləcəkdir. Xatırladaq ki, adi Carnival modeli 11 yerlik konfiqurasiyada da təklif edilir. Bununla birlikdə, modelin avadanlıq siyahısı genişləndirilib. Məsələn, tavanın altında 21,5-düymlük televizor yerləşdirilib, pəncərələrdə pərdələr quraşdırılıb və orta konsolda isə soyutma və istitmə funksiyası olan fincan saxlayanlar peyda olub.

Salonun işıqlandırmasına xüsusi diqqət yetirilib. Tavana temperature əsasən rəngini dəyişə bilən iri plafon yerləşdirilib. Əlavə olaraq, hər bir kreslonun üstündə fərdi yığışdırıla bilən lampaları mövcuddur. HiLimousine versiyası adi minivendən xarici fərqlərə də malikdir: bunlar bamperlərdəki iri əlavələr və iri həcmli kandarlardır. Bunun sayəsində avtomobilin uzunluğu 45 millimetr (5200 millimetrə qədər) artıb. Minivenin arxa hissəsində isə, üçüncü əyləc işığının geniş zolağı quraşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda Kia Carnival HiLimousine modeli yalnız 294 at qüvvəsi və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 GDI mühərriki və səkkiz pilləli "avtomat" ilə təchiz edilir. Sonradan, miniven 202 at qüvvəli 2,2-litrlik dizel ilə də təklif ediləcəkdir. Kia şirkəti Carnaval modelinin dördyerli ən dəbdəbəli versiyasını təqdim edəcəyini bildirib.

Cənubi Koreyada HiLimousine modifikasiyasını 54 min dollardan başlayan qiymətlərlə sifariş etmək olar. Adi Carnival miniveninin qiyməti isə 28 mindən başlayır. "Hündür limuzinlərin" digər bazarlarda satılacağı ehtimalı çox azdır.