Kia şirkəti yeni nəsil flaqman sedanı K900 modelinin silueti görünən ilk tizeri dərc edib. İstehsalçı yeni avtomobil haqqında ətraflı məlumat verməsə də, onun “eksteryerin zərif dizaynın, geniş salonun və heyranedici məhsuldarlığın vəhdəti” olduğunu bildirib.

Cari nəsil K900 sedanı Azərbyacan bazarında Kia Quoris adı ilə satılır. Avtomobil 334 at qüvvəsi və 395 Nm fırlanma anı hasil edən 3,8-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik qutu ilə təklif edilir. Alternativ olaraq 424 at qüvvəli 5,0-litrlik V8 mühərrikini də sifariş etmək olar. Kia K900 sedanının nəsil dəyişməsindən sonra tam çəkiş sistemini və Kia Stringer liftbekindən alınmış 3,3-litrlik biturbo V8 mühərriki ilə təchiz ediləcəyi söylənilir. Bu mühərrikin hasilatı 370 at qüvvəsi və 510 Nm fırlanma anıdır. Yeni modelin kütləvi təqdimatı bu il baş tutacaqdır.

Böyük ehtimalla, yeni sedan mart ayının sonlarında keçiriləcək Nyu-York avtosalonunda debüt edəcəkdir.