Kia şirkəti yenilənmiş Stinger modelinin ilk şəkillərini paylaşıb: şəkillərdən göründüyü kimi işlər yüngül yenilənməklə bitmir. Liftbek 10,25-düymlük ekranı olan multimedia sistemini əldə edib. Modelin təchiz edildiyi mühərrik çeşidində də dəyişikliklər gözlənilir.

Avtomobilin eksteryer dizaynında baş vermiş dəyişikliklər modernləşdirilmiş ön və arxa işıq texnikasından ibarətdir. Belə ki, arxa fənərləri birləşdirən zolaq işıqdiodlarından hazırlanıb, dönmə işıqları isə artıq 10 dioddan ibarətdir və damalı yarış bayrağını təmsil edirlər. Yenilənmiş Stinger modeli yeni dizayna malik olan 18 və 19 düymlük təkər disklərini və iki eksteryer dəstini əldə edib: Dark Package və Black Package.

Birinci dəstin tərkibinə arxa hissədəki parlaq haşiyələr və buraxılış sisteminin parlaq çıxış boruları, ikinci dəstin isə tutqun qara rəngli 19-düymlük təkər diskləri, yan güzgülərin qara rəngli gövdələri və qara rəngli spoylerdir. Opsional olaraq, alüminium və ya karbonu təqlid edən plastikdən hazırlanmış dekoru sifariş etmək olar.

Mühərrik çeşidinndə dəyişikliklər də gözlənilir, lakin şirkət hələlik güc aqreqatları barədə rəsmi məlumat verməyib. Əvvəllər yenilənmiş Stinger modelinin hazırki 2,0 və 3,3 litrlik aqreqatlarla vidalaşacağı və daha güclü 2,5 və 3,5 litrlik mühərriklər ilə əvəz ediləcəkdirlər. Genesis G80 modelində bu mühərriklər müvafiq olaraq 304 və 380 at qüvvəsi hasil edirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Stinger haqqında daha ətraflı məlumat yaxın həftələrdə veriləcəkdir. Yenilənmiş liftbek 2020-ci ilin sonuna qədər satışa çıxarılacaqdır.