Top Gear şousunun sabiq aparıcısı Ceremy Klarkson The Times və Sunday Times nəşrləri tərəfindən təşkil edilən Motor Awards müsabiqəsində 2021-ci ilin ən yaxşı avtomobilini seçib. Qalmaqallı aparıcının sözlərinə görə, “qaynar” Toyota GR Yaris het,beki bu ilin əsas kəşfi olub. Müsabiqənin təşkilatçıları isə, Ford Mustang Mach-E elektrik krossoverinə üstünlük veribilər.

Ceremy Klarksonun sözlərinə görə, ilkin olaraq Toyota GR Yaris modeli onu heç nə ilə heyran etməyib. Grand Tour şosunun aparıcısı yapon hetçbekinin “rəfiqələri ilə bric-kluba getmək üçün avtomobilə ehtiyacı olan yenicə dul qalmış yaşlı qadınlar” üçün ideal avtomobil olacağına inanırmış.

Ancaq şəxsi test sürüşündən sonra şoumenin fikri kəskin şəkildə dəyişib. Klarksonu avtomobilin balanslaşdırılmış şassisi və yol səthindən asılı olmayaraq modelin idarə olunması xüsusiyyətləri heyran qoyub.

Klarksondan fərqli olaraq, Motor Awards müsabiqəsinin münsiflər heyətinin digər üzvləri ilin ən yaxşı avtomobili kimi Ford Mustang Mach-E elektrik krossoverini seçiblər. Ekspert komissiyası digər avtomobillər arasında Land Rover Defender, Hyundai Ioniq 5, Opel Corsa və Tesla Model 3 modellərini qeyd ediblər.

Britaliyalıların fikrincə ilin ən yaxşı istehsalçısı Lotus şirkətidir. Toyota GR Yaris modelinə gəlincə, münsiflər heyəti olan “Ən yaxşı “qaynar” hetçbek” kateqoriyasında birinci yeri veriblər.

Toyota GR Yaris bu ilin yanvar ayında təqdim edilib. “Qaynar” hetçbek 272 at qüvvəsi və 360 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərriklə təchiz olunur. Hot-hetç altı pilləli mexaniki ötürmələr qutusunu və arxa oxda çoxdiskli muftası və iki Torsen differensialı olan GR-FOUR tam ötürməsini alıb. GR Yaris modeli 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti saatda 230 kilometrdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.