Dünyanın ən yeyin hiperkarı olan Koenigsegg Agera RS modelinin xələfi apokaliptik ada malik ola bilər. Ragnarok adını alacaq model Agera modelindən daha yüngül və güclü olacaqdır. Skandinav mifologiyasında Ragnarok dünyanın məhvi və sonradan intibahını nəzərdə tutur.

Hiperkarın yaradılmasında Aston Martin Valkyrie AMR Pro trek modelində debüt edən bir sıra üslub həllərindən istifadə ediləcəkdir. Şayiələrə görə, Koenigsegg Ragnarok hiperkarının çəkisi 1200 kiloqram təşkil edəcəkdir. Xatırladaq ki, Agera RS modeli 1395 kiloqram çəkiyə malikdir. Hiperkarın 1440 at qüvvəli hibrid güc qurğusu ilə təchiz ediləcəyi də söylənilir. Müqayisə üçün, Koenigsegg Agera RS modeli 1360 at qüvvəsi hasil edən mühərrikə malikdir. Yeni hiperkarın ön hissəsinin dizaynını Valkyrie AMR Pro və hibrid Regera modellərinin üslubunda olacaqdır.

Model çıxarılan tavana malik olacaqdır.  Lakin, bu tavan baqaj bölümündə yerləşdirilməyəcəkdir.

Əvvəllər Koenigsegg firmasının rəhbəri Kristian fon Keniqseqq Agera RS modelinin xələfinin təkmilləşdirilmiş 5,0-litrlik tvin-turbo V8 mühərrikinə sahib olacağını bildirmişdir. O, mügərrikin gücünün 20-30 at qüvvəsi artacağını da qeyd etmişdir. Regera modelnə rəqabət yaratmamaq üçün avtomobili hibrid qurğu və pilləsiz Direct Drive transmissiyası ilə təchiz etmək nəzərdə tutulmur.