Bildiyimiz kimi, Koenigsegg One:1 hiperkarından cəmi yeddi ədəd buraxılmışdır ki, bunlardan biri də testlər üçün nəzərdə tutulmuş prototipdir. The Auto Art atelyesinin yaydığı məlumatda bu avtomobillərdən birinin ABŞ-da 10 milyon dollara satıldığı deyilir. Xatırladaq ki, bu rəqəm avtomobilin başlanğıc qiymətindən beş dəfə çoxdur.

Koenigsegg One:1 hiperkarı 2014-cü ildə işıq üzü görmüşdür. Avtomobilin adının mənası onun gücünün çəkisinə olan nisbətidir - bir kiloqrama bir at qüvvəsi. Hiperkar 1341 at qüvvəli 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki və Koenigsegg firmasının öz istehsalı olan yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.

Müvafiq olaraq avtomobilin çəkisi 1341 kiloqram edir. Bu hiperkar bir neçə sürət rekorduna da imza atmışdır. Koenigsegg One:1 Spa-Frankorşamps və Suzuka avtodromlarının ən yeyin avtomobilidir. Hiperkar «0-300-0» sürətlənməsinə 17,95 saniyə sərf edərək rekorda imza atmışdır. Eyni zamanda, avtomobil iki kilometrlik məsafədə 386 km/saat həddinə qədər sürətlənmişdir. 

Image alt Image alt Image alt