Hər il Britaniyada keçirilən və idman avtomobillərinin düzlükdə yarışdığı Vmax200 yarışlarında Koenigsegg One: 1 superkarı 1,4 mil (2,25 kilometr) uzunluğundakı hissədə 386 kilometr-saat həddinə qədər sürətlənmişdir. Bu göstərici bu yarışların keçirildiyi illər ərzində rekord göstəricisi olmuşdur. İsveç superkarı, nadir idman avtomobillərinin sahiblərinin birliyi ola BHP Project layihəsinə məxsusdur. Bu layihənin iştirakçıları YouTube kanalındakı rəsmi səhifələri üçün videoçarxlar hazırlamaqla məşğuldurldar.

Rekord yürüşü zamanı Koenigsegg One: 1 avtomobilinin sükanı arxasında, dözümlülük çempionatının  LMP1 kateqoriyasında çıxış edən britaniyalı pilot Oliver Uebb olmuşdur. Avtomobilin yanacaq çəni E85 bioetanolu ilə doldurulmuşdur.

Qeyd etmək lazımdır ki, bu yarışlarda göstərilən sonuncu rekord, keçən il Porsche 911 sportkarı tərəfindən qeydə alınan 368 kilometr-saat sürəti olmuşdur. Bundan əvvəl, Koenigsegg One: 1 superkarı Spa-Frankorşam və Suzuka treklərində seriya avtomobillərinə məxsus olan rekordları əldə etmişdir.

Bu zaman avtomobil «0-300-0» sürətlənmə-əylənməsi rekorduna  17,95 saniyə sərf etmişdir.

Koenigsegg One: 1 hiperkarı 1341 at qüvvəsinə malik olan beş litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz edilir. Sıfırdan 400 km/saat həddinə kimi sürətlənməyə superkara 20 saniyə vaxt tələb olunur.