Koenigsegg şirkəti baş rolda 1500 at qüvvəli Regera hibridinin çəkildiyi qısametrajlı filmi təqdim edib. Filmdəki digər rolları İsveç şirkətinin əməkdaşları ifa edirlər.

"Time to Reign" ("Hökmüranlıq etmək vaxtıdır") adlı qısametrajlı film Koenigsegg şirkətinin banisi və rəhbəri Kristian von Köniqseqin böyük həvəslə Regera superkarını yuması səhnəsi ilə başlayır. Kristianı xoş anlardan avtomobili almaq istəyən Veronika adlı bir qadının zəngi ayırır. Görünən odur ki, Monte-Karloda yaşayan qadın ilk dəfə deyil ki, Kristiandan avtomobili ona satmağı xahiş edir. Lakin, Kristian sevdiyi Regera modelindən ayrılmaq istəmədiyini bildirir. Səbəb isə məlumdur - bu avtomobil 80 nüsxəlik seriyanın sonuncu avtomobilidir.

İmtina cavabı aldıqdan sonra, Veronika qəzəblənir və  adı verilən avtomobili qaçırmaq planını həyata keçirir. İstənilən blokbasterdə olduğu kimi, Koenigsegg şirkətinin çəkdiyi filmdə də partlayışlarsız ötüşməyib. Regera hiperkarı salamat qalsa da, çanaq köhnə Volvo avtomobilinin başında çatlayıb.

Yeri gəlmişkən filmin adı birbaşa Koenigsegg Regera modelinə işarədir. "Regera" isveç dilindən tərcümədə "hökmranlıq etmək" anlamına gəlir.