Koenigsegg şirkəti Agera hiperkarının RS modifikasiyasının istehsalını dayandırıb. Bu model beş rekorda sahibdir. Koenigsegg cəmi 25 ədəd Agera RS modelini istehsal edib.

Bunlardan sonuncusu zədələnmiş Agera RS Gryphon  modelinin əvəzinə istehsal edilmiş nüsxədir.

Qeyd etmək lazımdır ki, isveç mütəxəssislərinə zədələnmiş avtomobili yenidən bərpa etməyə bir neçə gün lazım olub. Agera RS modelinin istehsalı Final Edition seriyasından olan iki hiperkarın buraxılmasından sonra başa çatacaqdır. Bundan sonra Koenigsegg diqqətini Regera superhibridinin üzərində cəmləyəcəkdir.

Koenigsegg Agera RS hiperkarı 1176 at qüvvəsinə və 1280 Nm fırlanma anına malik olan 5,0-litrlik iki turbokompressorlu mühərrik ilə təchiz edilir. 

Xatırladaq ki, dünya rekordunun qeydə alınması üçün, avtomobil əks istiqamətlərdə iki yürüş edib. Onların birində hiperkar 437 km/saat, ikincisində isə 457 km/saat həddinə sürətlənib. Alınmış ortalama 447 km/saat sürəti seriya yol avtomobilləri üçün rekord göstərici kimi qeydə alınıbdır. Rekord yürüşü üçün istifadə edilən hiperkar gücü artıran opsional dəst ilə təchiz edilibdir. Bu dəst 5,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin gücünü 1360 at qüvvəsinə, fırlanma anını isə 1371 Nm-ə artırmağa imkan verir.

Yürüş zamanı avtomobili Koenigsegg şirkətinin test-pilotu Niklas Lilya idarə edib. Elə həmin gün, Koenigsegg Agera RS hiperkarı 0-400-0 km/saat tapşırığı üzrə öz rekordunu yeniləyib. Əvvəllər 36,44 saniyə zamana imza atan hiperkar, bu dəfə 33,29 saniyə zamanı qeydə alıb.

Buna qədər yol avtomobilləri üzrə sürət rekordu 435,31 km/saatla Hennessey Venom F5 superkarına məxsus olub.

Image alt Image alt Image alt Image alt Image alt