Koenigsegg şirkəti müştəri üçün hazırladığı və sınaqlar zamanı qəzaya düşmüş Agera RS modelini bərpa etdikdən sonra özündə saxlayacaqdır. Eyni zamanda, istehsalçı müştəri üçün yeni hiperkar hazırlayacaqdır.

Qəzaya düşən avtomobil Gryphon indeksini almış Agera RS hiperkarıdır. Nadir hiperkar 1360 at qüvvəli mühərriklə və 24--karatlıq qızıldan işləmələrlə seçiləcəkdir. Xüsusi Agera RS hiperkarı iş adamı və avtomobil kolleksiyaçısı olan Münni Hoşbinin sifarişi ilə hazırlanmışdır və bu ilin yazında keçirilən Cenevrə avtosalonunda nümayış etdirilmişdir.

Hiperkar son sınaqlar zamanı qəzaya düşmüşdür. Yaş yolda pilotun idarəetməni itiirməsindən sonra hiperkar yoldan çıxmış və çalaya düşmüşdür. Sifarşçi avtomobilin kuzovunun rənglənməmiş karbondan hazırlanmasını və Koenigsegg emblemi də daxil olmaqla bir neçə elementlərə qızıl əlavə etmək arzusunda olduğunu bildirmişdir. Bu elementlər arasında kuzovdakı dekorativ zolarlar və aerodinamik kuzov parçaları da var. Eyni zamanda, qiymətli metall ilə müştəri üçün xüsusi olaraq hazırlanmış karbondan dəbliqə, həmçinin avtomobilin alkantara və karbon ilə tərtib edilmiş salonu da işlənmişdir. Hoşbin hiperkarı bir meqavattlıq iki turbokompressorlu V8 mühərriki ilə sifariş etmişdir. 

Bu mühərrik One: 1  hiperkarına quraşdırılır ki, onun çəkisi ilə gücünün nisbəti 1:1 səviyyəsindədir. Unikal Agera modelinin çəkisi 1395 kiloqramdır.

Image alt Image alt Image alt Image alt