Məşhur Koenigsegg şirkəti Regera superhibridinin amerikalı müğənni və bəstəkar Prinsə həsr edilmiş unikal variantını buraxmışdır. 1500 at qüvvəli superkar Prinsin 1980-ci illərin əvvəllərində işıq üzü görmüş Purple Rain («Bənövşəyi yağış») adlı mahnı və albomunun şərəfinə xüsusi livreya əldə etmişdir.

İlkin olaraq isveçlilər bənövşəyi-qızılı rəng sxemini tətbiq etmək fikrində olsalar da, sonradan qızılı elementləri tünd-boz rəgə dəyişərək karbondan hazırlanmış detalların ənənəvi görünüşünü saxlamaq qərarına gəlmişdirlər.

Bundan başqa, livreyada üst və yan tərəflərdə ağ xəttlərdən də istifadə edilmişdir. Ağ rəngə həmçinin əyləc sisteminin supportları da boyanmışdır. Superkarın salonu da açıq rənglərdə tərtib edilmişdir. Karbondan və metaldan olan elementlərdən başqa qalan hissələr ağ dəri ilə üzlənmişdirlər. Oturacaq və qapı panellərində isə seçilən tikişlər mövcuddur.

Prinsə həsr edilmiş Koenigsegg Regera modeli texniki cəhətdən dəyişilməz qalmışdır.

Superkar 5,0-litrlik iki turbokompressorlu V8 mühərriki, akkumulyatorlar dəsti və xüsusi olaraq bu model üçün hazırlanmış KDD transmissiyası (momentin ənənəvi ötürmələrsiz birbaşa təkərlərə göndərilməsi texnologiyası) ilə təchiz edilir.

Superkar 100 km/saat həddini 2,8 saniyəyə toplayır. 400 km/saat həddinə sürətlənməyə Regera modelinə 20 saniyə vaxt tələb edilir. Cəmi 80 ədəd Regera superkarının istehsalı planlaşdırılır. Hər bir avtomobil 2,1 milyon avro qiymətə satılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt