Ötən həftə baş tutan Avstria Qran Prisində Maks Ferstappen yarışın qalibi, Pyer Qasli isə ilk beşlikdəki pilotlardan bir dövrə geri qalaraq yeddinci olub. Yarışdan sonra, fransalı pilotun göstərdiyi nəticəyə fikir bildirən Red Bull Racing komandasının rəhbəri Kristian Hornerin sözlərinə görə, Pyer Qasli hər şeyə rəğmən komandada çalışmağa davam edəcək.

Kristian Horner: "Heç nə asan başa gəlmir, bəzən səbr etmək lazımdı, Maks Festappenin rəqibi olmaq elə də asan deyil. Pyer bacarıqlı və istedadlı biridir, trasda yetərincə cəldir, amma təəssüf ki, bəzən işinə təsir göstərən məqamlar olur. Bunun üçün isə ona yarış sonrası sakit başla hər bir detalı analiz edib, yenidən başlamaq lazımdı. Red Bull Racing komandası olaraq ona dəstək olmaq üçün əlimizdən gələni edirik, bir azda üzərində işləsə gözlədiyimiz nəticəni əldə edə biləcək, biz ona inanır və uğurlarından əminik. O, bizim komandanın pilotudur, buna görə də, bizimlə çalışmağa davam edəcək. Onunla yollarımızı ayırmaq fikrində deyilik. Tezliklə yüksək nəticə əldə edəcəyinə şübhəmiz yoxdur" .