Sankt-Peterburqda fəaliyyət göstərən CMGAISD firması Lada Vesta və XRay modelləri üçün klassik "Jiquli" üslubunda qrafikası olan virtual cihazlar panelini hazırlayıb. Lentşəkilli spidometrə malik olan tərtibat VAZ-2101 modelini xatırladır. Bununla belə, retrodizayn funksionallığa təsir etmir – sürücüyə lazım olan bütün məlumatlar "Jiquli" ruhunda göstərilir.

CMGAISD rəqəmsal cihazlar panelini Lada Vesta və XRay modellərində quraşdırmaq olar. Ekranın icazəsi 1920х720 pikseldir, iş rejimində cərəyan istehlakı isə 0,9 Amper təşkil edir. Virtual cihazlar paneli demək olar ki, dərhal aktivləşdirilir: mərkəzi kilid açıldıqdan sonra yarım dəqiqədən az vaxt tələb olunur.

Virtual cihazlar panelini hazırlayanlar orijinal "Jiquli" avtomobilinin atmosferini dəqiq şəkildə əks etdirməyi bacarıblar - VAZ-2101 modeli barədə mərkəzdəki üfüqi sürətölçən, odometrin göstəriciləri, temperatur və yanacaq göstəricisinin "analoq" oxları, habelə oxşar "lampa" işıqlandırması xatırladır.

Eyni zamanda, sürücü panelə bortkompyüterin göstəricilərini çıxara bilər – ekranda dəqiq sürət, mühərrikin dövrələri, hava temperaturu, transmissiyanın pilləsi, yanacaq sərfiyyatı və yürüş ehtiyatı, kruiz-kontrolun tənzimləmələri və digər faydalı parametrlər əks etdirilir.

“Jiguli” üslubunda qrafika  CMGAISD cihazlar paneli üçün yeganə seçim deyil. Cihazın yaradıcıları daha müasir qrafikanı da təklif edirlər. Onları sükanaltı dəstəyə basaraq dəyişmək olar.

Rəqəmsal cihazlar panelinin qiyməti heç də ucuz deyil: Vesta modelinin tüninqi 43 min rubla (990 manat), XRay modelinin isə 44 min rubla (1.010 manat) başa gələcəkdir. Əlavə 2 min rubl (46 manat) proqram təminatı üçün ödənilməlidir.