Mart ayında keçiriləcək Cenevrə avtosalonunda Lagonda All-Terrain konseptinin debüt edəcəkdir. Konseptin seriya variantı olacaq elektrik krossoverinin istehsalına 2021-ci ildə başlanmalıdır. Bu krossover Aston Martin model xəttinin ilk «yaşıl» modeli olacaqdır.

Lagonda All-Terrain Concept esteryer dizaynı keçən il Cenevrədə debüt etmiş Lagonda Vision sedanı ilə bənzər olacaqdır. Hər iki avtomobil ümumi platformaya və böyük ehtimalla, eyni texniki hissəyə malik olacaqdırlar. Konsept barədə heç bir məlumat verilməsə də, onun sərtgövdəli akkumulyator batareyaları ilə təchzi ediləcəyi məlumdur. Krossover hər bir təkərə ötürülən fırlanma anına nəzarət edən sistemi ilə təchiz ediləcək və yüksək sürətli elektrik yükləmə dəstəyinə malik olacaqdır. 

Lagonda markasının sonuncu seriya modeli Taraf sedanıdır. Lagonda Taraf 565 at qüvvəsi və 630 Nm fırlanma anı hasil edən 6,0-litrlik V12 mühərriki və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir.