60 illik yubileyini qeyd edən Lamborghini şirkəti yeni rekorda imza atıb. Ferruçço Lamborgininin 60 il bundan əvvəl qurduğu şirkət, bu gün 1000 at qüvvəli superkarları istehsal edir. Brend satış rekordları da qırmağa davam edir: 2022-ci ilin satış göstəricisi italyan markasının tarixindəki ən yaxşı göstərici olub. Bununla belə, Lamborghini bu əlamətdar tarixini daha bir rekordla qeyd etmək qərarına gəlib: Britaniyadakı Silverstoun avtodromunda müxtəlif istehsal ilinə malik olan 382 superkar toplaşıb.

Əvvəllər heç vaxt bu qədər Lamborghini modeli bir yerdə toplaşmayıb. Aventador, Gallardo, Urus, Miura və digər modellərin sahiblərinin təşrif buyurduğu görüş Silverstoun trekində keçirilib. Orada onları italyan brendinin rəhbəri Stefan Vinkelmann qarşılayıb, bundan sonra yüzlərlə superkar Britaniya Qran Prisinin keçirildiyi trekdə rekord yürüyüşünü həyata keçiriblər.

Vinkelmann  60 illik yubileyin əfsanəvi Silverstoun trekində qeyd edilməsi həm brendin özünə, həm də onun məhsullarının sahiblərinə və planet üzrə milyonlarla pərəstişkarına verilən qiymətin olduğunu qeyd edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu, həmçinin Böyük Britaniyada Aventador modelinin varisi olan Lamborghini Revuelto superhibridinin rəsmi təqdimatını keçirmək üçün əla fürsət olub. Avtodromda parlaq narıncı rəngli superkar nümayiş etdirilib. Lamborghini Revuelto modeli mart ayının sonunda debüt edib. Superhibrid tərkibinə 6,5-litrlik V12 mühərriki və üç elektromotor daxil olan 1015 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilir. Superhibrid yerindən ilk “yüzlüyə” 2,5 saniyəyə sürətlənir.

Bu tədbirdə toplanmış 382 avtomobil Yaponiyada qeydə alınmış son rekordu böyük fərqlə yeniləyib. Martın əvvəlində italyan markasının yubileyini qeyd etmək istəyən Lamborghini sahibləri Suzuka avtodromunda 251 avtomobili toplamağa müvəffəq olublar. Bu tədbirdə Huracan superkarının Sterrato indeksli kross versiyasının Yaponiya premyerası keçirilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.