Lamborghini şirkətinin Instagram sosial şəbəkəsindəki səhifəsində ön fənərlərin üçşualı naxışı olan naməlum modelin fotoşəkli peyda olub. Şəkil - «Qarşıda sizi yenilik gözləyir. Onu görməyə hövsələniz çatmır? Sadəcə baxışlarınızı gələcəyə yönləndirin», - kəlmələri ilə müşayət edilir.

Sirli superkarın gələn ay işinə başlayacaq Frankfurt avtosalonunda debüt edəcəkdir. Yeni modelin məhdud saylı tirajla buraxılacaq hibrid hiperkarının olduğu ehtimal edilir. Üstəlik, bu hiperkarın Terzo Millenio konseptindən bəzi dizayn elementlərini alacağı söylənilir. Bu elementlərə misal olaraq, işıq texnikasının formalarını və «double-bubble» damını göstərmək olar.

Bir müddət bundan öncə, italyan markasının Frankfurtda LB48H zavoddaxili indeksinə malik olan modeli göstərəcəyi barədə şayiələr peyda olub. Hiperkarın V12 mühərrikinin əsasında yaradılmış və ümumi gücü 1000 at qüvvəsi olan hibrid qurğu ilə təchiz ediləcəyi bildirilirdi.