Artıq oxucularımız Lamborghini şirkətinin ilk krossoveri olan Urus modeli haqqında gen-bol məlumata sahibdirlər. Buna baxmayaraq, italyan istehsalçısı ardıcıl olaraq məlumatları dərc etməyə davam edir. Bu gün, Lamborghini şirkətinin tədqiqatlar və işləmələr departamentinin başçısı Maurizio Reciani yeni məlumatları səsləndirib.

Lamborghini Urus krossoveri 650 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Belə qutu Lamborghini avtomobillərində ilk dəfədir ki, təklif ediləcəkdir. 2155 kiloqram çəkiyə malik olan krossover yerindən 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənəcəkdir. Onun maksimal sürəti isə, 300 km/saatın üzərində olacaqdır.

Eyni zamanda, Lamborghini Urus modeli dünyada ən iri əyləc mexanimlərinə sahib olan avtomobildir:  öndə diametri 440 millimetr, arxada isə, 371 millimetr olan karbon-saxsı əyləc diskləri quraşdırılacaqdır. Əyləc mexanizmləri öndə on porşenli, arxada isə, dörd porşenli olacaqdırlar. Avtomobil standart olaraq 21-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir.  Opsional olaraq, L indeksli xüsusi Pirelli P Zero Corsa şinləri ilə təchiz edilən 22 və 23 düymlük təkər disklərini də sifariş etmək olar.