Lamborghini şirkəti rəsmi olaraq SC20 spidsterini təqdim edib. Karbondan kuzova malik olan superkar Diablo VT və Veneno rodsterlərinin, habelə Aventador J və Concept S konseptlərinin cizgilərini özündə birləşdirir.

Lamborghini SC20 modelinin kuzovu demək olar ki, tamamilə karbon lifindən hazırlanıb. Kompozit materaillar və texniki nüanslar sayəsində italyam markasının ilk spidsteri aerodinamik baxımdan nümunəvi modeldir. Avtomobilin istehsalına cavabdeh olan Squadra Corse şöbəsinin mütəxəssislərinin verdiyi məlumata görə, superkarı sifariş etmiş şəxs onun yaradılmasında fəal iştirak edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Blu Cepheus livreyasına boyanmış SC20 spidsteri iri ön splitterə və Huracan GT3 Evo modelini xatırladan havalandırma kəsikləri olan ön hissəyə malikdir. Bundan əlavə, superkar üç fəaliyyət sahəsindən birini seçməyə imkan verən antiqanadla da təchiz edilib. SC20 spidsteri Pirelli P Zero Corsa şinləri taxılmış müxtəlif ölçülü disklər ilə təchiz olunub. Spidsterin interyer tərtibatında dəri və alantaradan istifadə edilir.

Lamborghini SC20 modelinin kapotunun altında 770 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki yerləşdirilib. Eyni aqreqat Aventador SVJ modelində də quraşdırılır. Spidster yeddi pilləli "robot" və tam ötürmə sistemi ilə təchiz olunur. Modelin dinamik xüsusiyyətləri və qiyməti hələlik açıqlanmayıb.