Yapon Albermo atelyesi Toyota RAV4 modeli üçün maraqlı tüninq dəsti hazırlayıb. Bu dəstin köməkliyi ilə yapon krossoverini Lamborghini Urus modelinə bənzətmək olar. Qeyd etmək lazımdır ki, bu transformasiyanı həyata keçirmək istəyən RAV4 sahibi 2,3 min dollar ödəməlidir. Bu məbləğə quraşdırılma və boyama daxil deyil.

Image alt Image alt Image alt Image alt Image alt

Lamborghini Urus modeli ilə Toyota RAV4 modelinin calağı Albermo XR51 adlanır. Yapon ofrouderini "bərkgedən" italyan krossoverinə bənzədən əsas detal isə, Y-şəkilli lamelləri olan hava girişlərinə sahib olan ön bamperdir. Arxa tərəfdə isə, buraxılış sisteminin saxta çıxış boruları quraşdırılmış diffuzor və baqaj qapağına bərkidilmiş spoyler də var. Ancaq yapon krossoveri istənilən halda Urus modelinin klonuna çevrilməyib - avtomobilin Toyota RAV4 olduğu o dəqiqə diqqəti çəkir.