Təqdimatı bir neçə gün bundan öncə Sant’Aqata Bolonyezedə keçirilən Lamborghini Urus krossoverinin hybrid güc qurğusu ilə təchiz ediləcəyi barədə şaiyələr dolaşmağa başlayıb. Bir çoxları bu qurğunun Porsche Panamera Turbo S E-Hybrid modelinin güc aqreqatı olacağına işarə edirlər. Üstəlik bu aqreqat, demək olar ki, Urus modelinin benzin mühərriki ilə eyni güc xarakteristikalarna malikdir. Böyük ehtimalla, hibrid krossover Lamborghini Urus Performante adlandırıla bilər.

Xatırladaq ki, Porsche Panamera Turbo S E-Hybrid modeli 550 at qüvvəsi hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və 136 at qüvvəli elektromotor ilə təchiz edilir. Bu tandem ümumilikdə 680 at qüvvəsinə və 850 Nm fırlanma anına malikdir. Hibrid güc aqreqatı səkkiz pilləli PDK robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır.

Porsche Panamera Turbo S E-Hybrid modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 310 km/saat maksimal sürətə malikdir. Bununla belə, avtomobil 100 kilometrə 2,9 litr yanacaq sərf edir. Elektrik ötürməsindən istifadə etməklə hetçbek 50 kilometr məsafə qət etmək iqtidarındadır. 

Panamera Turbo S E-Hybrid modelinin təchizatına maye ilə soyudulan və 14,1 kVt/saat tutumu olan litium-ion batareyalar dəsti daxildir. Batareyaları elektrik şəbəkəsindən altı saata doldurmaq mümkündür. Xüsusi qurğudan istifadə etməklə batareyaları 2,4 saata doldurmaq da olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt