Lamborghini şirkəti yeni hibrid superkarları hazırlamaq planlarının olduğunu açıqlayıb. Yeni hibridlərdən biri 819 at qüvvəli Sian superkarının bazasında inşa ediləcəkdir. İkinci superkar isə, Aventador modelini əvələməlidir. Markanın digər yeni avtomobilləri arasında Huracan və Urus modellərinin bazasında inşa edilmiş avtomobillər və dörd nəfərlik salonu olan tamamilə elektrik hiperkarı yer alacaqdır.

Gələcək Lamborghini yeniliklərinin siyahısını V12 mühərrikinə əsaslanan hibrid güc qurğusunu alacaq adı açıqlanmayan superkar açacaqdır. Markanın nümayəndələrinin bildirdiyinə görə, yeni superkarda cərəyan mənbəyi rolunda ionistor çıxış edəcəkdir. Xatırladaq ki, eyni quruluşa italyan markasının ilk seriya hibridi olan Lamborghini Sian FKP 37 modeli də malikdir.

Lamborghini şirkəti 2024-cü ilə qədər Huracan və Urus modellərinin yeni versiyalarını təqdim edəcəkdir. Debütü 2022-ci ilə planlaşdırılan yeni nəsil Urus krossoveri qoşulan hibridə çevriləcəkdir. Huracan modelinə gəldikdə isə, mütəxəssislər superkarın 5,2-litrlik V10 mühərrikini qoruyub saxlayıb-saxlamayacağını barədə açıqlama verməyiblər. Yeni superkar V6 mühərriki ilə də təchiz edilə bilər.

Ən çox gözlənilən superkarlardan biri, 2023-cü ildə Aventador modelini əvəzləyəcək hibrid modelidir. Superkarın mühərrik bölümündə mühəndislərin təkmilləşdirməyə davam etdiyi yeni V12 mühərrikinin yerləşəcəyi məlumdur. Bundan əlavə, mütəxəssislər, yeni hiperkarın ümumi çəkisinin əlavə texniki avadanlıqlar ucbatından artacağına baxmayaraq, karbon və digər ultra yüngül materiallardan istifadə sayəsində çəki artımının minimuma endiriləcəyini qeyd ediblər.

Sonuncu bəyan edilən model, gündəlik istifadə üçün yararlı olan dörd nəfərlik elektrik hiperkarıdır. Bu hiperkarın debütü 2025-ci ildə baş tutmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.