Lamborghini şirkəti Squadra Corse zavod yarış komandası ilə birlikdə trek superkarını hazırlayır. Artıq italyan markası yeni avtomobilin təsvir edildiyi ilk videotizeri də dərc edib. Yeganə nüsxədə buraxılmış Lamborghini SC18 modelindən fərqli olaraq, yeni trek avtomobili kiçik seriya ilə buraxılacaqdır.

Trek hiperkarının əsasını Lamborghini Aventador modeli təşkil edir. Yeni layihədə Aventador modelinin karbon monokokundan və 830 at qüvvəsinə qədər gücləndirilmiş atmosfer tipli V12 mühərrikindən istifadə olunur.  Lakin, avtomobilin konstruksiyasında çoxsaylı yarış həlləri tətbiq ediləcəkdir. Məsələn, bir muftalı “robot” yerini 6-pilləli Xtrac sekvental ötürmələr qutusuna verəcəkdir. Üstəlik, qutunun gövdəsi aparıcı elementə çevriləcəkdir: arxa asqının qolları ona birləşdiriləcəkdir. Hiperkar differensialın tənzimlənən qapanma əmsalı olan arxa ötürməyə sahib olacaqdır ki, bu da onu konkret trek üçün tənzimləməyə imkan verəcəkdir.

Hiperkarın xüsusiyyətlərindən biri kuzovun ön hissəsinin alüminium karkası, mühərrikin quraşdırılması üçün polad məkanvari rama və iri antiqanadı olan inkişaf etdirilmiş aerodinamik kuzov dəstidir.  Kupeni yalnız bağlı treklərdə istifadə etmək mümkün olacaqdır.  Avtomobilin ümumi yollarda istifadəsi qadağandır. İlkin məlumata görə 40 hiperkar buraxılacaqdır. Hazır avtomobillər müştərilərə 2021-ci ildə çatdırılacaqdırlar.