Britaniyanın Lanzante atelyesi McLaren Racing’dən TAG F1 V6 mühərrikinə malik olan 11 ədəd Porsche 911 (930) sportkarının inşasına icazə alıb. Bu partiyadan olan ilk avtomobil Kaliforniyada keçirilən Rennsport Reunion festivalında debüt edib.

Bununla belə, layihə haqqında geniş məlumat verilməyib. Atelyenin festivaldakı stendində nümayiş etdirilən spotkar adi Porsche avtomobilindən praktiki olaraq seçilmir. Kupe Ruf təkər disklərinə, çala formalı yarış oturacaqlarına, TAG Turbo embleminə və təzyiq göstəricisinə malik olan taxometrə sahibdir.

Porsche istehsalı olan 1,5-litrlik V6 mühərrikinin xarakteristikaları açıqlanmayıb. Bu aqreqatalrın köhnə McLaren MP4/2 bolidlərinə məxsus olan əsl TAG TTE P01 1.5 V6T mühərriklərinin olacağı məlumdur. Sıralama zamanı bu mühərriklər 1075, yarışda isə 973 at qüvvəsi hasil edirdilər.

Mənbə: Carscoops

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt