Lexus şirkəti yeni nəsil ES sedanının oturacaqlarının hazırlanmasına üç il vaxt sərf edib. «Saflıq və dərinlik» konsepsiyasına əsaslanan bu oturacaqlar bədən quruluşundan və sürüş üslubundan asılı olmayaraq düzgün oturuşu təmin etməlidir.

«Yeni Lexus ES sedanının sükanı arxasına keçən zaman oturuşa diqqət yetirin, - aparıcı mühəndis Takaşi Kavano deyir. - Düzgün mövqeni tapmaq üçün qurdalanmağa ehtiyac yoxdur. Sonra isə ideal bel dəstəyini hiss edəcəksiziniz. Sanki müdafiə qovuğunda oturmusunuz. Bədəninizə təsir göstərən uzununa və eninə sürətlənmə qüvvəsi belə bədəninizin ilkin vəziyyətini dəyişə bilməyəcəkdir».

Takaşi Kavano

Yeni oturacaqların dizaynının əsasını LC kupesinin oturacaqları təşkil edib. Bu penopoliuretana bürünmüş polad karkasdır. Kreslolar bud hissəsində dəstəyi və bədənin sabit vəziyyətini təmin etmək məqsədi ilə kənarları qatlanmış rəvan mərkəzi yastığa sahib olub. Müxtəlif bədən quruluşuna uyğunlaşmanı təmin etmək üçün yumşaq materiallar ilə örtülən yastıqlarda kiçik dərinləşmələr tətbiq edilir.