Lexus şirkətinin daxilindəki mənbələr yapon markasının güclü krossover üzərində işlədiyini bildiriblər. 2020-ci ildə debütü planlaşdırılan krossoverin əsasını tamamilə yeni platforma təşkil edəcəkdir. LF-1 Limitless konseptual krossoverinin üslubunda dizayna malik olacaq avtomobilin top variantı həm qiymətinə, həm də gücünə görə Lamborghini Urus modeli ilə rəqabət aparacaqdır.

Belə bir modelin təqdim edilməsi ehtimalı barədə Yaponiyanın Spyder7 saytı məlumat yayıb. Ehtimallara görə, krossoverin baza modifikasiyası Lexus LS500 modelinin 3,5-litrlik iki turbokompressorlu V6 mühərriki ilə təchiz ediləcəkdir. Xatırladaq ki, bu mühərrik 421 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Krossoverdə quraşdırılna mühərrik isə 430 at qüvvəsi hasil edəcəkdir. Üstəlik, güc aqreqatını iki elektromotor dəstəkləyəcəkdir.

 Krossoverin top variantı olacaq F-modifikasiyası isə LC F kupesinin 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik ilə təchiz ediləcəkdir. Bu mühərrik 670 at qüvvəsinə və 10-pilləli “avtomata” malik olacaqdır. Yeni krossoverin qiyməti 150 min dollar təşkil edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt