Lexus şirkətinin, milşəkilli radiator barmağlığı da daxil olmaqla, yeni dizaynı markanın köhnə pərəstişkarlarına xoş gəlməyib. Onlar dizaynın həddən ziyadə radikal olduğunu və yeni avtomobillərin ətrafdakılara meydan oxuduğunu bildiriblər.

«Milşəkilli radiator barmaqlığı bizim firmanın xüsusiyyətidir. Bizim bir sıra modellərin radiator barmaqlıqları başqalarına nisbətən ekspressiv dizyna malikdirlər. Lakin, bu ilk gündən bizimlə olan müştərilərimizin ürəyincə deyildir. Məyus olman avtomobil sahibləri mənə zəng edərək 45 dəqiqə, hətta bir saat ərzində öz narazılıqlarını bildirirlər», - Lexus şirkətinin amerikan ofisinin rəhbəri Ceff Breken bildirib.

Yüksək vəzifəli menecerin sözlərinə görə, ekspressiv dizayn şirkətə yeni müştəriləri cəlb etməyə yardım edəcəkdir. Xüsusi ilə də belə dizayn gənc nəslin nümayəndələrini cəlb etməlidir. «Əgər Lexus sahibinin orta yaşı 60 yaş təşkil edirsə, biz bu yaş həddini aşağı salmalıyıq. Sadiq pərəstişkarlarımızı bizimlə qalmağa çağırırıq, lakin, şirkət uzunmüddətli perspektivdə xeyir gətirəcək işləri görməyə davam edəcəkdir», - Breken əlavə edib.

Yeni firma üslubunun debüt etdiyi ilk Lexus modeli hibrid CT 200h hetçbeki olub.  Yenilənmiş ön hissə dizaynına malik olan avtomobili 2013-cü ildə təqdim ediblər. Son firma radiator barmaqlığı dizaynını Lexus şirkəti LF-1 Limitless konseptində nümayiş etdirib. Barmaqlıq «əridilmiş katana» adlı üslubda hazırlanmış və markanın gələcək avtomobilləri haqqında təsəvvür yaratmalıdır.