Lexus şirkəti gələn ilin əvvəlində Detroytda keçiriləcək avtosalonda RC F kupesinin Track Edition versiyasını təqdim edəcəkdir. Lexus RC F Track Edition modeli LFA kupesindən sonra yapon markasının ən güclü və yeyin avtomobili olacaqdır. Trek kupesi məhdud saylı tirajla buraxılacaqdır.

Dərc edilmiş yeganə tizerdən göründüyü kimi, Lexus RC F Tranck Edition modeli karbondan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz ediləcəkdir. Belə ki, kupe kompozit materiallardan hazırlanmış arxa antiqanada, dama, havalandırma girişləri olan kapota, yan ətəklərə və diffuzora sahib olacaqdır. Təsdiqini tapmamış məlumata görə, RC F Track Edition başqa buraxılış sisteminə, yaxşılaşdırılmış soyutma sisteminə, həmçinin 500 at qüvvəsi hasil edən 5,0-litrlik V8 mühərrikinə və 10-pilləli “avtomata” sahib olacaqdır.