Lexus şirkəti yenilənmiş RX və RXL krossoverlərini nümayiş etdirib. Yenilənmiş avtomobilləri ön bamperin aşağı hissəsinə köçürülmüş duman əleyhinə fənərlər sayəsində daha tez tanımaq olar. Əslində, krossoverlərin görkəmində baş vermiş dəyişikliklər yenilənmiş radiator barmaqlığından, bamperlərdən və arxa fənərlərdən ibarətdir.

Lexus RX və RXL modellərinin top versiyalarının LED fənərləri iki fırlanan güzgüləri olan BladeScan Type AHS adaptiv idarəetmə sistemini əldə ediblər. Bu texnologiya işıq dəstəsinin adaptasiya sürətini və dəqiqliyini artırmağa imkan verib. Avtomobillərin salonunda baş verən dəyişikliklər də cüzi xarakter daşıyır və əsasən bahalı mediasistemə aiddir. Multimedia sisteminin 12,3-düymlük monitoru ölçülərini qoruyub saxlasa da, sensorlu olub və proporsiyalarını dəyişib. Multimedia sistemi səslə idarələnməyə, Apple CarPlay və Android Auto funksiyalarına sahib olub. Multimedia sistemini coystiki əvəzləmiş mərkəzi tonneldəki taçpadın köməkliyi ilə də idarəetmək olar.

Aktiv təhlükəsizlik sistemləri kompleksi də yenilənmədən nəsibini alıb: velosipedçiləri aşkarlama funksiyası əlavə olunub, kamerların gecə vaxtı görmə məsafəsi artırılıbdır. Bundan başqa, Lexus RXL uzunbazalı krossoverinin üçüncü oturacaq cərgəsi iki vəziyyətə malik olub: indi baqajın həcmi və sərnişinlər üçün rahat məkan arasında seçim etmək olar.

Ən gözlənilməz yeniliklər isə krossoverin hərəkət xarakterində özünü əks etdirib. İstehsalçı krossoverlərin idarə olunmasının yaxşılaşdırıldığını iddia edir. Bunun üçün mühəndislər kuzovun sərtliyini artırıblar. Köndələn dayanıqlılıq stabilizatorları 1 millimetr qalın oliblar. Bunlara uyğun olaraq, yaylar, amortizatorları və sükanın elektrik gücləndiricisini yenidən tənzimləniblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverlərin mühərrik çeşidində dəyişiklik yoxdur. Krossoverlər 238 at qüvvəli 2,0-litrlik (RX 300) və 300 at qüvvəli 3,5-litrlik (RX 350) mühərriklər, həmçinin 313 at qüvvəli (RX 450h) hibrid aqreqatı ilə təchiz edilir. F Sport versiyaları standart olaraq aqressiv aerodinamik kuzov elementləri ilə təchiz ediləcəkdirlər. Texniki təkmilləşdirmələri isə ayrıca sifariş etmək gərək olacaqdır.

Yenilənmiş Lexus RX və RXL modellərinin istehsalına cari ilin üçüncü rübündə başlanacaqdır. Yenilənmiş  avtomobillər payızda satışa çıxarılacaqdırlar.