Lexus şirkəti yenilənmiş GX modelini təqdim edib. Avtomobil yenilənmiş eksteryerə və interyerə malik olub. Bundan başqa, ofrouder təhlükəsizlik və yolsuzluqda yardım sistemləri sahəsindəki yeni texnologiyalara sahib olub.

Lexus GX modeli 2010-cu ildə debüt edib və 2014-cü ildə yenilənməyə məruz qalıb. Beş ildən sonra, avtomobili markanın müasir model xəttinə uyğunlaşdırmaq məqsədilə növbəti dəfə yeniləyiblər. Yenilənmiş GX modelinin eksteryerində baş vermiş əsas dəyişikliklər L-şəkilli elementlərə malik olan yeni radiator barmaqlığından, işıqdiodlarından hazırlanmış ön və arxa fənərlərdən ibarətdir. 

Ofrouderi əvvəlki kimi Premium və Luxury variantlarında təklif ediləcəkdirlər. Bundan başqa, xüsusi kuzov dəstinə, yeni 19-düymlük təkər disklərinə və qara dekor elementlərinə malik olan Sport Design opsional tərtibat dəsti də təklif olunacaqdır.

Lexus GX modelinin Luxury variantını Off-Road dəsti ilə də sifariş etmək mümkün olacaqdır. Bu dəstin tərkibinə çoxsaylı dairəvi görüntü kameraları, yanacaq çəninin əlavə müdafiəsi, həmçinin ötürmələr qutusunun və Multi-Terrain Select sisteminin yaxşılaşdırılmış soyudulması daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş ofrouder 301 at qüvvəsi və 446 Nm fırlanma anı hasil edən 4,6-litrlik V8 mühərriki və 6-pilləli avtomatik ötürmələr qutusu, tam ötürmə sistemi, iki pilləli paylayıcı qutu və yüksək sürtünməli Torsen differensialı ilə təchiz edilən Lexus GX 460 versiyasında satışa çıxarılacaqdır.  Avtomobil Lexus Safety System+ aktiv təhlükəsizlik sistemləri kompleksi və arxa sərnişinlər üçün iki USB girişi ilə standart olaraq təchiz edilir.