Lexus şirkəti Parisdə keçiriləcək avtosalonda yenilənmiş RC kupesini təqdim edəcəkdir. Yenilənmiş kupenin xarici görkəmi flaqman modeli olan LC sedanın dizayn üslubunda tərtib ediləcəkdir. Bundan əlavə, kupenin aerodinamik göstəriciləri yaxşılaşdırılacaq, asqı, mühərrik və sükan sistemi yenidən tənzimlənəcəkdir.

Restaylinq keçmiş kupe əvvəlkindən yeni ön bamperi, dəyişdirilmiş işıq texnikası, həmçinin arxa bamperin kənarlarındakı hava girişləri ilə fərqlənəcəkdir. Kupenin F Spot modifikasiyası başqa radiator barmaqlığına və 19-düymlük təkər disklərinə sahib olacaqdır.

Yenilənmiş Lexus RC modelinin salonunda yeni analoq saatı beş variantda naxışlara malik olan dekor əlavələri peyda olacaqdır. Bundan başqa, sürücünün dizlərini qoruyan hava yastıqlarının və əl dəstəklərinin yerləşməsi dəyişmiş, ön panelin müəyyən elementlərində tikişlər edilmişdir.

Texniki cəhətdən baş vermiş yeniliklər cüzi xarakter daşıyır: mühəndislər 2,0-litrlik turbomühərrikin həssaslığını yaxşılaşdırmış və amortizatorların sərtliyini artırmışdırlar. Mühərrikin gücü, çox güman ki, dəyişilməz qalıb (245 at qüvvəsi və 350 Nm). Transmissiya səkkiz pilləli avtomatik qutudur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt