Lexus markasının ən yığcam modeli olan UX krossoveri Black Line Special Edition adlı xüsusi versiyada təklif ediləcəkdir. Adi UX modelindən fərqli olaraq, “qara” seriyadan olan krossoverlər xüsusi kuzov rənglərinə, qara tərtibat elementlərinə, salondakı orijinal dekora və xüsusi dizaynlı 18-düymlük təkər disklərinə sahib olub.

Lexus UX Black Line Special Edition modelinin əsas cəhəti tamamilə kuzov rənginə boyanmış təkər tağlarının genişləndiriciləridir. Məlum olduğu kimi, adi UX modelində bu elementlər rənglənməmiş qara plastikdəndırlər.

Lexus UX Black Line Special Edition modelinin rəng palitrası üç boya ilə məhdudlaşır - Eminent White Pearl, Caviar və Grecian Water. Ayrıca, "qara" krossoveri tündləşdirilmiş işıq texnikası, qara rəngli reylinqlər, yan güzgüləri və radiator barmaqlığı ilə də seçilir.

Black Line Special Edition seriyasından olan krossoverlərin salonunda mavi-bənövşəyi tərtibatı olan ön paneli və dirsəkaltıları, habelə seçilən rəngə malik olan təhlükəsizlik kəmərləri və kilimləri görmək olar. Lexus xüsusi versiyanın  alıcılarına Zero Halliburton çamadanlarını hədiyyə edəcəklər.

Black Line Special Edition yalnız hibrid güc qurğusu ilə təhiz edilmiş Lexus UX 250h krossoveri üçün nəzədə tutulub. "Qara" krossoverlərin tirajı 1000 nüsxə ilə məhdudlaşır. Bu seriyadan olan krossoverlərin çatdırılmasına 2021-ci ilin yazında başlanacaqdır.