Lexus şirkəti LC kupesi ilə sarı rəngin yaxşı vəhdət təşkil etdiyindən əmindirlər. Əlbəttə ki, bununla mübahisə etmək çətindir. Bu yaxınlarda, sarı rəngə boyanmış Lexus LC modelini Pebbl Biçdə keçirilmiş Zəriflik müsabiqəsində müşahidə etmişdik. Orada nümaiş etdirilən və LC Inspiration seriyasından olan kupe də Flare Yellow rənginə boyanmışdır. Sonra isə, sarı rəngli Lexus LC Yellow Edition kupesini keçən ay keçirilmiş Paris avtosalonunda gördük.

İndi Lexus şirkəti daxili bazarda da sarı rəngli LC kupesini təklif etmək qərarına gəlib. Bu dəfə xüsusi seriyadan olan kupelər LC Luster Yellow adlandırılıbdır. Yeni seriyadan olan kupe Yaponiyada 31 oktyabrdan 31 dekabra qədər satılacaqdır. Lexus LC Luster Yellow qızılı çalara malik olan Naples Yellow rənginə boyanıbdır. Xüsusi seriyadan olan kupe cilalanmış 21 düymlük ikirəngli təkər diskləri ilə təchiz edilir.

Avtomobilin salon tərtibatında ağ, qara və sarı rəngli dəridən istifadə edilibdir. Kupenin oturacaqları, ön paneli, mərkəzi dirsəkaltısı, sükan çarxı və ötürmələr qutusunun dəstəyi sarı rəngli tikişlərə malikdirlər. LC Luster Yellow modelinin tavanı, günlükləri və dayaqları qara alkantara ilə örtülübdür. Xüsusi seriyadan olan kupelərin təchizatına “Limited Edition” yazıları olan karbondan kandar örtüyü, rəngli proyeksiya displeyi və havalandırmalı ön oturacaqlar daxil edilibdir. Ön oturacaqlar 10 istiqamətdə elektrik tənzimlənməsinə və yaddaş dəstinə malikdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt