Lincoln Aviator modelinin standart təchizatına qrafikasını tənzimləmək imkanı olan 12,3-düymlük rəqəmsal cihazlar paneli daxildir. Lincoln Way tətbiqi vasitəsi ilə Aviator sahibi Phone As A Key funksiyasını aktivləşdirərək, smartfonu qapıların qıfılının və baqaj qapağının açılması, həmçinin mühərriki işə salmaq üçün istifadə edə bilər. Virtual açardan dörd nüsxə çıxararaq ailə üzvlərinə vermək olar.

Zahiri cəhətədən yeni Lincoln Aviator yazda Nyu York avtosalonunda təqdim edilmiş konseptdən fərqlənmir. Avtomobilin ölçüləri açıqlanmasa da, qeyri-rəsmi məlumata görə, Aviator Cadillac Escalade və BMW X7 modelindən iridir. Məlumdur ki, avtomobil iki salon quruluşu ilə təklif ediləcəkdir: 2+3+2 və 2+2+2.

Aviator modeli 3,0-litrlik altı silindrli biturbomühərrik və 10-pilləli SelectShift avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Mühərrik 406 at qüvvəsi və 542 Nm fırlanma anı təklif edir. Aviator Grand Touring isə əlavə olaraq elektromotorla təchiz edilir. Hibrid aqreqatın hasilatı 456 at qüvvəsi və 812 Nm-dir.

Ofrouder beş hərəkət rejiminə malikdir: Normal, Converse, Excite, Slippery və Deep Conditions. Hibrid ofrouder isə, adı çəkilənlərə əlavə olaraq daha  iki rejimə sahib olub. Bunlar elektrik ötürməsi ilə hərəkəti təmin edən Pure EV və enerjiyə qənaət edən Preserve EV rejimləridir. Adaptiv asqı nəinki ön kamera sayəsində yol şəraitinə uyğunlaşa bilir, o həmçinin minmə və yükləməni asanlaşdırmaq məqsədi ilə ofrouderin klirensini azaltmaq funksiyasına malikdir.

Lincoln Aviator modelinin standart təchizatına qrafikasını tənzimləmək imkanı olan 12,3-düymlük rəqəmsal cihazlar paneli daxildir. Lincoln Way tətbiqi vasitəsi ilə Aviator sahibi Phone As A Key funksiyasını aktivləşdirərək, smartfonu qapıların qıfılının və baqaj qapağının açılması, həmçinin mühərriki işə salmaq üçün istifadə edə bilər. Virtual açardan dörd nüsxə çıxararaq ailə üzvlərinə vermək olar.

Image alt Image alt Image alt Image alt Image alt

Avtomobil üçün hazırlanmış Lincoln Black Label dəsti salonun bir neçə tematik tərtibatını nəzərdə tutur:  Flight mövzusu aviasiyaya, Chalet - dağ yamaclarına, Destination isə səyahətlərə həsr edilib. Bu mövzular istifadə edilən dərinin rəngi və dekor elementlərindəki naxışlar ilə fərqlənirlər. Opsiyalar arasında 28 dinamiki olan Revel Ultima 3D səs sistemi də vardır. 

Lincoln Aviator modelinin satışlarına gələn ilin ikinci yarısında başlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt