Lincoln Aviator krossoverinin yeni nəslinin debüt tarixi açıqlanıb. Bu ilin yazında Nyu-York avtosalonunda debüt etmiş eyni adlı konseptual krossoverin seriya variant bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda debüt edəcəkdir.

Detroytun simfonik orkestri Lincoln şirkətinin sifarişi ilə Aviator modeli üçün bir neçə musiqili mövzü hazırlayıb. Bu mövzular krossoverin multimedia sisteminin salamlama və xəbərdarlıq ismarıclarını müşayət edəcəkdir. İstehsalçının fikrincə belə yanaşma avtomobili daha dəbdəbəli hiss etdirməyə yardım edəcəkdir.

Peşəkar musiqiçilər 125 ədəd müxtəlif musiqili siqnallar yazaraq sonradan onlardan birini seçiblər.  Bundan sonra həmin siqnal 100 variantda yenidən qeydə alınmış və sonunda onlardan altı növü seçilmişdir. Bu siqnallardan böhranlı olmayan hallarda istifadə ediləcəkdir.

Lincoln şirkəti bunun avtomobil sənayesinin tarixində bir ilk olduğu xüsusi ilə vurğulayıb – yeni Aviator modelinə qədər heç bir şirkət orkestr ilə birlikdə xəbərdarlıq siqnalları yazmayıb.