Lincoln Continental hərəkətin əksinə açılan qapılara sahib ola bilər. Bu barədə markanın dilerlərinə istinadən "Automotive News" nəşri yayıb. İstehsalçı belə qapılardan keçən əsrin 60-cı illərində istifadə edib.

Dilerlərin yığıncağında Lincoln sedanın yeni modifikasiyasının şəkillərini nümayiş etdirib və modelin buraxılış planları barədə məlumat verib. Lakin, belə avtomobilin buraxılması tarixi və model haqqında ətraflı məlumat verilməyib. Hərəkətin istiqamətinin əksinə açılan qapıların cari model və yaxud sedanın yeni nəsli üçün təklif ediləcəyi də məlum deyildir.

Lincoln şirkəti Continental modelini 2016-cı ildə dirçəldib. Continental 2,7 və 3,0-litrlik turbomühərriklər və 3,7-litrik V6 Cyclone atmosfer mühərriki ilə təklif edilir. Mühərriklər müvafiq olaraq, 340, 405 və 309 at qüvvəsinə malikdirlər. Avtomobil həmçinin, arxa təkərlər arasında dartqını bölüşdürən tam ötürməli çəkiş sistemi ilə təchiz edilir.

1962-ci ilin Lincoln Continental sedanı

Sedan idarəetmə elektronikasının üç iş rejimi - Standart, Komfort və Sport rejimi mövcudur. Bu rejimlər sükan idarəedilməsinin və asqının ayarlarının tənzimlənməsinə cavabdehdirlər. Continental’ın təchizatına dairəvi görünüş sistemi, massaj, qızdırma, havalandırma sistemləri və 30 tənzimləmə istiqaməti olan oturacaqlar, Revel audiosistemi, adaptiv kruiz-kontrol və öndən toqquşmaların qarşısına alan sistem daxildir.

Lincoln Continental yalnız Amerika Birləşmiş Ştatlarında istehsal edilir. Onun satış bazarları isə ABŞ və Çin bazarlarıdır.