Lincoln şirkəti Aviator modelini bərpa edəcəyini təsdiqləyib. Amerikan istehsalçısı artıq modelin ilk tizerini də dərc edibdir. Yeni model bu ayın sonunda keçirilən Nyu-York avtosalonunda təqdim ediləcəkdir.

İlkin məlumata görə, yeni Aviator növbəti nəsil Ford Explorer modelinin platformasında yaradılacaq və Lincoln MKT modelini əvəz edəcəkdir. Lincoln Aviator modeli ölçülərinə görə Navigator modelindən kiçik olacaq, alüminium kuzov və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir.

Lincoln Aviator modelinin əvvəlki nəsli 2002-2005-ci illərdə istehsal edilib.

Beş metrəlik uzunluğa malik olan krossover 306 at qüvvəli 4,6-litrlik V8 mühərriki və beş pilləli avtomatik transmissiya ilə təchiz edilirdi.