Lincoln şirkəti 2014-cü ildən buraxılan MKC modelini əvəzləyəcək yığcam Corsair krossoverinin ilk tizerini dərc edib. Yeni krossoverin kütləvi təqdimat mərasimi 17 aprel tarixində Nyu York avtosalonunda keçiriləcəkdir.

İlkin məlumata görə, yeni Loncoln Corsair krossoveriAcura RDX, Lexus NX, Cadillac XT4 və Volvo XC60 modellərinin birbaşa rəqibi olacaqdır. Avtomobilin dizaynı Aviator modelini xatırladacaqdır. Bunlar iri radiator barmaqlığı, bütov zolaqla birləşdirilən arxa fənərlər və dam xəttidir. Corsair modelinin əsasını Ford şirkətinin öndənçəkişli platforması təşkil edəcəkdir. Bu platformada son nəsil Focus modeli inşa edilib.

Lincoln Corsair modelinin mühərrik çeşidinə 2,0 (245 at qüvvəsi) və 2,3 (289 at qüvvəsi) litrlik dörd silindlri EcoBoost turbomühərrikləri daxil ediləcəkdir. Güc aqreqatları səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Qoşulan hibridin də təklif ediləcəyi gözlənilir. “Korsar” modelinin istehsalı Ford şirkətinin Luisvilldəki (Kentukki) və Çindəki zavodunda yerləşdiriləcəkdir.