Mazda şirkəti Amerikada keçirilən dözümlülük üzrə yarışlarda çıxış edəcəyi sportprototipi təqdim etmişdir. Sportprototip Riley Mk.30 şassisində yığılmış və yapon istehsalçısının seriya modellərində tətbiq etdiyi KODO dizayn üslubunda hazırlanmış eksteryerə malik olmuşdur.

Mazda RT24-P adlandırılan sportprototipi digər Mazdalarla öxşar cəhəti ön hava girişinin formasıdır. Prototip 600 at qüvvəli 2,0-litrlik turbomühərriklə təchiz edilmişdir. Yapon istehsalçısı  MZ-2,0T indeksini daşıyan güc aqreqatından İMSA çempionatında istifadə edir.  Bu mühərrik Advanced Engine Research firması ilə birlikdə hazırlanmışdır. 2017-ci ildə Mazda iki belə prototipi dözümlülük yarışlarında istifadə etmək niyətindədir. Onlara xidmət göstərilməsi isə amerikan SpeedSource Race Engineering kollektivinə həvalə edilmişdir. Cari mövsümdə Mazda dözümlülük üzrə yarışlarda P2 adlı prototipdən istifadə edir. Bu avtomobil də 570 at qüvvəli 2,0-litrlik turbomühərriklə hərəkətə gəlsə də, yapon markasının avtomobilləri ilə bənzər cizgiləri daşımır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt