Lexus şirkəti Los-Anjelesdə keçirilən avtomobil sərgisində uzunbazalı RX L modelini nümayiş etdirib. Krossover arxa hissəsinin uzunluğunun 110 millimetr artırılmasıi sayəsində üçüncü oturacaqlar cərgəsini quraşdırmaq mümkün olub.

Lexus RX L modeli standart olaraq yeddi yerli salonla təklif ediləcəkdir. Yeddi yerli salonda ikinci cərgənin oturacaqları 40:20:40 nisbətində bölünəcəkdirlər. Xüsusi dəstək vasitəsi ilə ikinci cərgəni irəli çəkərək arxa yerlərə keçmək asanlaşdırılır. Arzu edənlər ikinci cərgənin “divanını” iki fərdi “kapitan” kreslosuna dəyişə bilərlər. Bu halda salon altı yerli olacaq və üçüncü cərgəyə keçməyi daha asan edəcəkdir.  Uzunbazalı modelin standart təchizatına üçüncü cərgənin oturacaqlarının elektrik ötürməsi ilə qatlanması və məsafədən açılıb-bağlanan baqaj qapağı daxil edilibdir.

Üçzonalı klimat-kontrol sisteminin salon boyu yerləşdirilmiş deflektorları arxa cərgələrdəki məkanın isidilməsini və soyudulmasını təmin edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, avtomobil standart olaraq naviqasiya sisteminə, səkkiz düymlük ekranı olan multimedia sisteminə, 12 dinamikli premium səs sisteminə və Lexus Safety System+ təhlükəsizlik sistemləri kompleksinə malik olacaqdır.

Opsional olaraq, 12,3-düymlük ekranı olan multimedia sistemini, həmçinin  835 vattlıq və 15 dinamikli Mark Levinson premium səs sistemini də sifariş etmək olar. Lexus RX 350L krossoveri 294 at qüvvəsi və 397 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Krossoverin RX450 L modifikasiyası isə, tərkibinə 3,5-litrlik mühərrik və iki elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Hibrid aqreqat 313 at qüvvəsi hasil edir.